Gülün suya məhəbbəti

Bir gül suya vurulur. Fikrini suya bildirir. Deyir ki, su mən səni sevirəm.Suda cavab verir ki, məndə səni və başlayırlar görüşməyə.

Günləri maraqlı keçir. Hər sudan görüşəndə gül suya səni sevirəm deyir.Suda cavabında məndə səni deyir.

Bir müddət keçir gül fikir verir ki, suyun başı çooox qarışıqdı. Görüşə gələndə suya deyir: Su mən səni ölümünə sevirəm, sənsiz yaşıya bilmərəm! Suda əsəbi halda cavab verir: Məndə səni. Axı nə qədər demək olar? Gül məyus halda evə gəlir və sudan bir daha danışmamağını özünə söz verir.

Bir neçə vaxt sonra suya deyirlər ki, gül xəstəxanadadı. Su tələsik ora gedir. Çatanda görür ki, həkim gülün yanında oturub, soruşur: Həkim gülün harası ağrıyır? niyə xəstələndi ?

Həkim cavab verir: Gülün heç bir yeri ağramırdı, o artıq həyatda yoxdu. Canını tapşırdı çünki, o susuz yaşaya bilmədi..




Davamı →

Dəvə ilə ver

Həzrəti Əli axşama qədər işləmiş,axşam olunca da dəvəsinə bir çuval xurma yükləyib evinə qayıdırdı.
Dəvənin noxtası köməkçisi Qəmbərin əlində idi.Özü də qabaqda gedirdi.Mədinəyə girəndə yolun kənarından bir səs gəldi.Yoxsul bir adam əlini açıb dilənirdi:«Nə olar,Allah rizası üçün,»-deyirdi.
Ardı →

Sevginin nifrətə döndüyü an nələr olur?

Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü. Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz- üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında başqası var idi.Qəfil, anonim zəng qısa və konkret şəkildə " Yoldaşının həyatında başqa qadın var, inanmırsan yoxla" demişdi. Əvvəl inanmadı, düşündü yəqin səhv düşüblər, bu zəng ona ünvanlanmayıb.
Davamı →

Qismət beləymiş!!

Bir vaxtlar məndə xoşbəxtlik qatarının sərnişini idim.Sevgi deyilən o ülvi hiss bir vaxt məni də öz ağuşuna alıb,sonsuzluqlara aparırdı.Sevirdim.Sevdiyim qədər də sevilirdim....Onunla tanışlığımız təsadüfən oldu.Bu təsadüf bir-birindən xəbərsiz yaşayan iki gənci bir-birinə qovuşdurdu.Qovuşduğumuz anın istisi getməmiş eləcə də bir-birimizdən ayırdı.Bir sözlə,taleyin «qəm» adlı möhürü bizim də payımıza düşdü.


....Evləndiyimiz müddətdən 2 ay sonra hiss etdim ki,Rafiq narkotik maddələr qəbul edir.İlk anda buna inanmasam da gördüklərim artıq buna əyani sübut idi.Ən nəhayət,valideyinlərim bu işdən hali olduqdan sonra,tələb etdilər ki, Rafiqdən boşanım.Bu işə könlümüz olmamağına baxmayaraq hər şey onlar deyən kimi oldu.Ayrılıqdan sonra hiss edirdim ki,Rafiq bu əzablara dözmür.Bu iztirabların,acıların sonu onun ölümü ilə nəticələndi.Ölümündən bir neçə il keşsə belə,mən yenə sevirəm.Nə bilim,bəlkə də ayrılmasaydıq,onun yaşamasına və düzgün ypla qayıtmasına köməkliyim dəyə bilərdi.Artıq bundan sonra xoşbəxtliyimi haradasa tapacağıma inanmıram.Neylək,sən demə qismət belə imiş.


Müəllif:Cahandar Həsənli.


Mənbə-internet aləmində ilk dəfə yayımlanir.


Davamı →

Ana haqqı

Peyğəmbərimizin (s.a.v.) hüzuruna bir nəfər gələrək belə dedi:
— Ya Rəsulullah,ölüm döşəyində yatan bir gənc var,ona “Lə ilahə illəllah deməsi təqid ediləndə bunu təkrar edə bilmir.


Peyğəmbərimizdə (s.a.v.):
— Namaz qılardımı?-deyə soruşdu.Adam:
— Bəli,qılardı.-deyə cəvab verdi.Sonra Peyğəmbərimiz (s.a.v.) qalxdı,həmin gəncin yanına getdi və ona:
— “Lə ilahə illəlah de!”-buyurdu.


Ardı →

Bir-birindən maraqlı hekayələr

Həyatınıza yön verəcək ibrətli hekayələr.


Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra  görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib.


Ardı →

Qadının göz yaşı

Kiçik bir oğlan anasından soruşdu:
— Nə üçün ağlayırsan?
— Çünki mən qadınam-, deyə cavablandırdı anası.
— Anlamadım! -,dedi uşaq. Anası uşağı qucaqlayıb
— Və heç bir zaman anlaya bilməyəcəksən! -,dedi.
Atasına:
— Ata, anam nə üçün ağlayır? -,deyə soruşdu.
Ardı →

Kimi Allahı məmnun edir, kim də şeytanı güldürür

Bir gənc uzaq bir məmləkətə səfər edir. O, səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.
Qarşısına çıxan ilk qəribə mənzərə belə olur: Bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib qalxır, o andaca məhsul verir, amma əkinçilər məhsulu toplamaq əvəzinə tarlanı yandırırlar.
İkinci qəribə mənzərə belə idi: Bir adam böyük bir daşı yerdən qaldırmağa çalışır, amma bacarmır. O böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilir. Üçüncü daşı qoyanda daha asan qaldırır. Gənc nə qədər baxsa da, bir şey anlaya bilmir və yoluna davam edir.
Yolda rast gəldiyi üçüncü qəribə mənzərə də belə olur: Bir adam qoyunun belinə minib, bir neçə adam da onun çiyninə dırmaşıb. Qoyun sürətlə qaçır, bir neçə adam da onların dalınca nə qədər yüyürsələr də, çata bilmirlər.


Ardı →